DÜNYA


“Nepartak” tropik qasırğası Yaponiyanın Miyaqi prefekturasının sahillərinə çatıb

Tokio, 28 iyul, AZƏRTAC

İyulun 28-də yerli vaxtla səhər saatlarında “Nepartak” tropik qasırğası Yaponiyanın şimal-şərq sahillərinə çatıb.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, güclü qasırğa səhər saat 6 radələrində Miyaqi prefekturasının İşinomaki şəhərində sahilə çıxıb. Bildirilir ki, bu, tropik qasırğanın Miyaqi sahillərindən ölkə ərazisinə daxil olduğu ilk haldır. Qasırğanın mərkəzində küləyin sürətinin saniyədə 20 metrə, şiddətlə əsdikdə 30 metrə çatdığı qeyd edilir.

Meteoroloqların proqnozuna görə, ölkənin şimal-şərq rayonlarına sutka ərzində 100 millimetr yağıntı düşəcəyi gözlənilir. Güclü yağışın daşqınlara və torpaq sürüşmələrinə səbəb olacağı da bildirilir. Qasırğa səbəbindən ictimai nəqliyyatın hərəkətində fasilələr də yaranıb, 20-dən çox yerli aviareys təxirə salınıb.

“Nepartak” cari fəsildə Sakit okeanda əmələ gələn sayca səkkizinci qasırğadır. Onun hazırda Olimpiya Oyunlarının keçirildiyi Tokio ərazisindən keçəcəyi gözlənilsə də, qasırğa sonradan istiqamətini dəyişib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.