ELM VƏ TƏHSİL


“Netflix” yayım şirkəti “Apple” ilə əməkdaşlıqdan imtina edib

Bakı, 19 mart, AZƏRTAC

Dünyanın ən böyük yayım şirkətlərindən biri olan “Netflix” texnologiya nəhəngi “Apple” ilə əməkdaşlıqdan imtina edib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, yayım şirkəti “Apple”in videomaterialların “iPhone”, “ıPad” və digər məhsullarda, həmçinin bu yaxınlarda açılacaq televiziya kanalında nümayiş etdirilməsi təklifini rədd edib. “Netflix”in açıqlamasında bildirilib ki, şirkətin istehsalı olan filmlər, kliplər və digər videomateriallar öz şəbəkəsi vasitəsilə yayımlanacaq.

“Netflix” yayım şirkətinin icraçı direktoru Red Hestinq özünün Hollivuddakı ofisində jurnalistlərə müsahibəsində bununla bağlı vurğulayıb: “Biz müştərilərimizə təqdim edəcəyimiz videoları öz xidmətimiz vasitəsilə yayımlamaq istəyirik. Onların xidmətləri ilə inteqrasiya olunmağı istəmirik”.

“Apple” şirkəti isə martın 25-də açacağı televiziya və video xidmətində “Netflix”, HBO və digər məşhur yayımçı və film istehsalçılarının xidmətlərindən istifadə etmək niyyətini bəyan edib. Şirkətin hazırda “CBS Corp”, “Viacom Inc” və “Lions Gate Entertainment Corp’s Starz” kimi nəhəng film istehsalçıları ilə razılıq əldə etdiyi bildirilir. Bundan başqa, “Apple” öz orijinal ekran əsərlərini də nümayiş etdirməyi planlaşdırır. “Walt Disney Co” və “AT&T Inc’s WarnerMedia” şirkətlərinin də “Apple” ilə abunə əsasında müqavilələr bağlayacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.