İQTİSADİYYAT
“Neuron Technologies” şirkəti “BakuTel” sərgisi sayəsində beynəlxlaq əlaqələrini genişləndirib
Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycanın “Neuron Technologies” şirkəti “BakuTel” sərgisində ikinci dəfədir iştirak edir.
Şirkətin baş direktoru İsmayıl Ələkbərov AZƏRTAC-a müsahibəsində belə tədbirlərin yerli şirkətlərin öz imkanlarını nümayiş etdirməsi, habelə onların xarici tərəfdaşlarla yeni əlaqələr qurması baxımından çox əhəmiyyətli olduğunu söyləyib.
O deyib ki, ötən il keçirilən sərgi sayəsində şirkət İspaniya, İtaliya, Sinqapur, Türkiyə və digər ölkələrdən olan şirkətlərlə faydalı əməkdaşlıq qurmaqla, bir sıra perspektivli layihələrin birgə həyata keçirilməsinə başlayıb.
İ.Ələkbərov bildirib ki, şirkətin hazırladığı 40-dan çox moduldan ibarət “Təhsil idarəetmə sistemi” tədris prosesinin planlaşdırılmasını, universitetlərdə dərslər, tələbələr, müəllimlər barədə məlumatların, habelə elektron imtahanların, qiymətləndirmənin və kitabxanaların idarə edilməsinə imkan yaradır.