İDMAN


“New In Chess Classic”: Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər

Bakı, 26 aprel, AZƏRTAC

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində daha 5 turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edir.

Şahmatçımız Ş.Məmmədyarov L.Domingesə, S.Karyakinə və V.Santosa qalib gəlib, Q.Cons ilə heç-heçə edib, L.Lyemə isə uduzub. T.Rəcəbov isə növbəti 5 turda H.Nakamura, A.Firuzca, Y.Duda, U.So ilə heç-heçə edib, R.Praqnanandhaya uduzub. Hər iki şahmatçımız 10 turun nəticəsinə görə, 6 xalla 5-6-cı yerləri bölüşürlər.

Bütün rəqiblərini üstələyən M.Karlsen isə 7 xalla liderliyi ələ keçirib.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.