DÜNYA
Nigeriyada benzindaşıyan avtomobilin partlaması nəticəsində 17 nəfər ölüb
Bakı, 18 fevral, AZƏRTAC
Nigeriyanın cənub-qərbində yerləşən Oqun ştatında benzindaşıyan avtomobil mikroavtobusla toqquşub.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli Premium Times qəzeti federal yol hərəkətinin təhlükəsizliyi xidmətinə istinadla məlumat yayıb. Məlumata görə, toqquşma və ardınca baş verən güclü partlayış nəticəsində azı 17 nəfər həlak olub.
“Ölənlərin ümumi sayı müəyyənləşməyib, lakin cəmi 17 cəsəd tapılıb”, - deyə xidmətin nümayəndəsi bildirib. O əlavə edib ki, cəsədlər yanaraq tanınmaz hala düşdüyü üçün onların şəxsiyyətini müəyyənləşdirmək çətinləşib.
İlkin məlumata əsasən, insidentə ehtiyatsızlıq və yol hərəkəti qaydalarının pozulması səbəb olub. Bu da baş-başa toqquşmaya və partlayışa gətirib çıxarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]