İQTİSADİYYAT


Nippon Fondunun Daşkənddə keçirilən tədbirində Azərbaycan nümayəndələri də iştirak ediblər

Daşkənd, 28 may, АZƏRTAC

Daşkənd şəhərində Nippon Fondu tərəfindən maliyyələşdirilən Yaponiya-Mərkəzi Asiya Dostları və Tərəfdaşları Assosiasiyasının (JACAFA) 6-cı Ümumi Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə qurumun Azərbaycandakı nümayəndələri Aydın Əliyev, Anar İskəndərov və Ceyhun Aslanov da iştirak ediblər.

Assambleya Nippon fondunun və Yaponiyanın Özbəkistandakı səfirliyinin məsul şəxslərinin açılış nitqləri ilə başlayıb. Assambleyada Mərkəzi Asiyada əməkdaşlığın inkişafı mövzusunda müzakirələrlə yanaşı JACAFA fondu tərəfindən təqaüd alan tələbələrin layihə təkliflərinin təqdimatları keçirilib.

Seçilmiş layihələr qrant kimi ildə 10 min dollara qədər kiçik ölçülü layihələri həyata keçirmək hüququna malik olacaqlar. Uğurlu hesab edilən layihələrin 2022-2023 illərdə JACAFA fondu tərəfindən maliyyələşdirilməsi planlanır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.