CƏMİYYƏT


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Afinada XX ali səviyyəli toplantı təşkil edib

Bakı, 22 yanvar, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Afinada “Ətraf mühit dəyişikliyi və onun insanların həyatına təsiri” mövzusunda XX ali səviyyəli toplantı keçirilib. Tədbirdə Yunanıstan Prezidenti, 20-dən çox ölkənin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplantıda mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin çıxış edərək 30 il bundan əvvəl 20 yanvar tarixində öz müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan xalqının verdiyi qurbanlar haqqında danışıblar. Bildirilib ki, Azərbaycan Şərqdə ilk müstəqil demokratik respublika və qadınlara seçki hüququ verən ölkədir.

Tədbirdə Yunanıstan Prezidenti Prokopis Pavlopoulosa Azərbaycan xalqının fəxri olan Nizami Gəncəvinin dünya mədəniyyətinə verdiyi töhfələri əks etdirən xatirə kitabı təqdim edilib. Toplantıda bu ilin mart ayında Bakıda təşkil olunacaq VIII Qlobal Forum haqqında da məlumat verilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov tərəfindən Nobel Sülh mükafatçısının Mərkəzin fəaliyyəti və qarşıdan gələn Bakı Forumu ilə bağlı müraciəti təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.