CƏMİYYƏT


Novruz yarmarkalarında qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur VİDEO

Bakı, 9 mart, AZƏRTAC

Ölkənin bütün şəhərlərində və rayon mərkəzlərində Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı yarmarkaları təşkil olunub. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri martın 9-da jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev paytaxtın 3-cü mikrorayonu ərazisində təşkil olunmuş yarmarkada deyib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, yarmarkaların təşkil edilməsində məqsəd vətəndaşların ucuz və keyfiyyətli məhsullarla təmin olunmasıdır.

Zeynal Nağdəliyev bildirib ki, keçən həftənin şənbə və bazar günlərində təşkil olunan yarmarkalar ilə müqayisədə məhsulların həm keyfiyyəti, həm də çeşidi baxımından xeyli irəliləyiş var. Qiymətlər bazarlarla müqayisədə dəfələrlə ucuzdur. Yarmarkalarda alıcılara 42 rayondan gətirilən 53 adda məhsul təqdim edilir. Novruz yarmarkalarında məhsulun çeşidi daha da artırılmalı və keyfiyyəti diqqətdə saxlanılmalıdır. Təşkil edilən bu yarmarkalar əhalinin bayram əhval-ruhiyyəsinə müsbət təsirini göstərəcək. Bu, dövlətimizin başçısının xalqımızın rifahı üçün atdığı növbəti addımdır.

Prezidentin köməkçisi deyib ki, bu məsələlərə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən çox ciddi nəzarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.