ELM VƏ TƏHSİL


Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydaları hazırlanacaq

Bakı, 22 yanvar, AZƏRTAC

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində vətəndaşların nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, müvafiq Dövlət Proqramında Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.

Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.