Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Nurlana Əliyeva: Beynəlxalq ictimaiyyət Ermənistanın terrorizm aktlarına siyasi-hüquqi qiymət verməli, bu əməlləri törədənlər layiqli cəzalarını almalıdırlar

Nurlana Əliyeva: Beynəlxalq ictimaiyyət Ermənistanın terrorizm aktlarına siyasi-hüquqi qiymət verməli, bu əməlləri törədənlər layiqli cəzalarını almalıdırlar

Naxçıvan, 14 oktyabr, AZƏRTAC

İki əsrdir ki, “böyük Ermənistan” kimi çürük bir ideyanı gerçəkləşdirməyə çalışan ermənilər fürsət tapan kimi Azərbaycan xalqına qarşı terror aktları həyata keçirir, qətliamlar törədirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bu günədək yüzlərlə azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri məhv edilib, əzəli Azərbaycan torpaqları tapdaq altında qalaraq işğal olunub.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva bildirib ki, sentyabrın 27-də işğalçılar növbəti dəfə təxribat törədib, bütün cəbhəboyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutub. Buna cavab olaraq şanlı ordumuz əks–hücum əməliyyatına başlayıb, düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında qalan bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad edib. İllərdir ki, bu günü gözləyən Azərbaycan xalqı ordumuzun qazandığı uğurlara görə böyük sevinc hissləri keçirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Nurlana Əliyeva qeyd edib ki, Ermənistan 30 ilə yaxındır işğal siyasətini davam etdirir. Lakin bu müddət ərzində aparılan danışıqlarda erməni tərəfi daim qeyri-konstruktiv mövqedən çıxış edib, danışıqlar prosesini pozmaq üçün əlindən gələni əsirgəməyib. Beynəlxalq ictimaiyyət isə buna biganə yanaşıb. Ona görə də Ermənistan, özlərinin dediyi kimi, “yeni torpaqlar uğrunda yeni müharibəyə” başlamağa qərar verib. Sentyabrın 27-də bu addımı atmaq niyyəti onlara baha başa gəlib və Ermənistan ordusu əks-hücum əməliyyatını həyata keçirən ordumuz qarşısında diz çöküb.

“Cəbhədə tam üstünlüyə malik olan Azərbaycan yenə də humanitar atəşkəsə razı oldu. Lakin ölkəmiz atəşkəs rejiminə əməl etsə də, atəşkəsin ilk günü Ermənistan cəbhə zonasından 70 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini gecə saat iki radələrində raket atəşinə tutdu. Ermənistanın hərbi-siyasi rəhbərliyinin tapşırığı ilə həyata keçirilən bu hücum zamanı uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla, 10 nəfər həlak oldu, 10-u qadın, 9-u uşaq olmaqla, 34 nəfər yaralandı. 10-dan artıq çoxmənzilli binaya və 100-dən artıq mülki obyektə ziyan dəydi. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozdu, heçə saydı. Bu, ermənilərin növbəti vandalizm aktı, erməni faşizminin növbəti təzahürüdür”, - deyən rektor diqqətə çatdırıb ki, düşmən Gəncə ilə yanaşı, cəbhə zonasından 100 kilometrdən çox uzaqda yerləşən və 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərini də hədəf alıb, mülki əhalinin sıx yaşadığı məntəqələr raket zərbələri ilə atəşə tutulub. Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsl məqsədi dinc sakinlərlə yanaşı, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyasını atəşə tutmaq olub. Raketlərin ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi nəticəsində baş verə biləcək regional fəlakətin qarşısı alınıb. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, mülki əhalisinin qətlə yetirilməsi və yaralanması ilə nəticələnən terror aktlarını törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi insanlıq əleyhinə yönəlmiş bu cinayətlərini nə vaxtadək davam etdirəcək? Əminik ki, beynəlxalq ictimaiyyət erməni vandalizminə siyasi-hüquqi qiymət verəcək, bu əməlləri törədənlər layiqli cəzalarını alacaqlar. Əgər belə olmasa, inanırıq ki, bu şərəfli missiyanı qüdrətli ordumuz yerinə yetirəcək.

Nurlana Əliyeva vurğulayıb ki, işğalçı Ermənistanın bu terror hərəkətləri bizim mübarizə əzmimizi qıra bilməz. Əksinə, bu cür hadisələr ilə qarşılaşan xalqımızda düşmənə nifrət hissi daha da artır. İnsanlar ordumuzla birlik və həmrəylik nümayiş etdirir, dövlət-ordu-xalq birliyi daha da möhkəmlənir, təcavüzkara layiqli cavabın verilməsi arzusu ürəklərə hakim kəsilir. Biz torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik! Ona görə ki, bizim “Qarabağ Azərbaycandır!” deyən çox güclü, vətənsevər, uzaqgörən, ümummilli liderimiz Heydər Əliyevin yolunu inamla davam etdirən Prezidentimiz var!

Rektor deyib: “Azərbaycan xalqı inanır ki, bayrağımız işğal edilmiş bütün torpaqlarımızda dalğalanacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir! Xalqımız yaxın günlərdə qələbə sevincini yaşayacaq, məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Bu, ya sülh yolu ilə, ya da müharibə yolu ilə olacaq! Qüdrətli ordumuz, sarsılmaz birliyimiz, həmrəyliyimiz bunu qətiyyətlə deməyə imkan verir!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir