Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nüşabə Vəkilova: “Mən dünənimi bu günümdə yaşatmağa çalışıram”

Bakı, 22 yanvar, Zərəngiz Mansurova, AZƏRTAC

Həyatda elə insanlar olur ki, onların varlığı kimi, ölümü də həyatda iz qoyur və gizli bir maraqla insanları özünə çəkir. Uşaqlığımın sirli şairi, şeirlərindəki hikməti, hər sətrində gizlənən möcüzəni, gözlənilməz məna çalarlarını qəlbən sevdiyim Vaqif Səmədoğlu da belələrindəndir. Onun şeir dünyası və həyatı bir də ona görə mənə maraqlı olub ki, o, böyük Səməd Vurğunun oğlu, Xalq Yazıçısı Yusif Səmədoğlunun kiçik qardaşı, müasir ədəbiyyatımızın ən sevilən şairi idi.

Elə bu sirli-duyğulu hisslərlə Səməd Vurğunun ev-muzeyinə getdim və

muzeyin direktoru, ədibin gəlini və Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova ilə görüşdüm, ondan bir neçə sualıma cavab aldım:

-Sizin kədəriniz tək sizin yox, xalqın kədəridir, Allah səbir versin. Bu insan Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş çox mötəbər bir ailənin son ümidi, böyük bir ağacın son yarpağı idi...

- Bəli, haqlısınız! Biz bir neçə gün bundan əvvəl Xavər xanımın anım gününü keçirdik, xatirəsini andıq, doğmaları, muzey əməkdaşları ilə birgə. Onların xatirələrini yaşatmaq indi muzey əməkdaşlarının və mənim borcumdur. Bilirsiniz, ailənin üzvü olmaq, müqəddəs bir hissin daşıyıcısı olmaq deməkdir. Mən Vaqifi itirməklə sanki bütün ömrümün üstünə Vaqif adı qoyuldu. Mənim bugünkü reallığım dünənə döndü. Mən dünənimi bu günümdə yaşatmağa çalışıram. Eyni zamanda Vurğun ailəsinin böyük missiyasını yaşatmaq üçün özümdə güc tapmalıyam.

-Vaqif Səmədoğlunun ömrünün son dövrlərində kitablarının nəşr olunmasını sizin adınızla bağlayırlar.

- Bütün böyük şəxsiyyətlər kimi o da çox sadə, kövrək, dərin düşünən, özünəqapanan insan idi. Bəlkə də mən onun əsərlərini çapa hazırlamasaydım, kitabları çap olunmayacaqdı. İki kiçik kitabı 1968-72-ci illərdə çıxmışdı. Təbii ki, mən bunların hamısını görürdüm. Onun qədrini bilmək lazım idi. “Mən burdayam, İlahi”, “Uzaq, yaşıl ada” kitabları mənim tərtibatımla işıq üzü gördü. “Bəxt üzüyü” adlı pyeslər toplusunu, onun haqqında müasirlərinin dediklərini toplayıb 70 illiyinə hazırladığım “Şair və zaman” kitabını nəşr etdirdim. Sonra onun aforizmlərini “Müdriklərlə üz-üzə” adı ilə çap etdirdim. Son dövrlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ikicildliyi çıxdı. Buna görə həmişə mənə təşəkkür edirdi. Çünki bəzən başladığı işlərə həvəsi sönürdü, yaxud çox sonraya saxlayırdı. Bu iş ləng gedirdi. Özü axşamlar dəftərlərindəki şeirləri yazı makinasında çap edirdi. Qərara gəldim ki, ona kömək edim. İlk dəfə şeirlərini kompyuterdə yazmağa başlayanda, gördüm, gəlib dayandı qapının ağzında və gülümsündü. “Vaqif, mən çap eləyirəm, olar?”. Çox tez mənə cavab verdi: “Əlbəttə olar. Bütün ömrüm boyu rus yazıçılarının xanımlarına həsəd aparmışam ki, onlar ərlərinə necə kömək ediblər. Bu, mənim çoxdankı arzum idi”.

-Siz yəqin ki, bu missiyanı indi də davam etdirirsiniz?

- Bəli, Vaqif müəllimin gündəliklərini çapa hazırlayıram. O dəftərlərdə elə yerlər var ki, çox sözləri başa düşmürəm. Nizami Cəfərovdan da soruşmuşam, axı onlar yerlidirlər. Hətta bəzi dialekt sözləri o da, başa düşməkdə çətinlik çəkir. Mən çox çalışıram ki, heç nəyi itirmədən o gündəlikləri çap edəm. Onun 80-ci illərin əvvəllərində yazdığı ibrətamiz hekayələrdən ibarət “Gürzə-Çöl yazıları” adlı əsəri var. Onu nəşrə hazırlayıram. Ümumiyyətlə, Vurğun ailəsi ilə bağlı böyük planlarım var, inşallah gələcəkdə həyata keçirməliyəm.

-Şair xəstə olanda eşitdim ki, onun dostları, köhnə uşaqlıq yoldaşları ona çox köməklik göstəriblər. Hətta xaricdə yaşayan dostların zəmanəti ilə onu İsrail Yazarlar Birliyinə fəxri üzv də seçiblər?

-Çox doğru buyurursunuz. Onun müalicə və müayinəsinə dostları çox can yandırdılar. İsraildə Mixail Aqarunovun və onun həyat yoldaşı Turan xanımın bizə göstərdiyi mehribanlığı heç vaxt yaddan çıxarmaram. Amerikada yaşayan dostu Aleksandr Qriçin etdiklərini, Anarın ona bir doğması kimi göstərdiyi qayğını unuda bilmərəm. Arye Qutun onun haqqında yazdığı son yazısını həyəcanla oxudum. Hər biri sağ olsun. Amma Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şairə dəstəyini xüsusi qeyd etmək istəyirəm.

-Qarşıda Vaqif Səmədoğlunun dünyasını dəyişməsinin bir ili yaxınlaşır?

-Bəli, mən indi konkret olaraq bir söz deyə bilmərəm, çünki bu işlə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur, amma yanvarın 28-də Təzəpir məscidində il mərasimi mütləq olacaq. Həm də çalışıram ki, fevralın 2-də öz muzeyimizdə onun ədəbi ictimaiyyət, xüsusilə də gənclərlə birgə anma mərasimini keçirək. Çünki o, həyatsevər, ruhu gənc olan bir insan idi. Gündəliyində belə bir söz var: “Şair yaşa dolsa da qocalmamalıdır”. Onun gənclərə xüsusi sevgisi var idi. Elə gənclərin dilində onun şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim etmək istəyirəm. Mən orta məktəblər və universitetlərlə ev-muzey arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlamaq fikrindəyəm.

-Onun çap olunmamış əsərlərini də oxuculara çatdıracaqsınız? Şairin özünün dediyi kimi: “Şairin dili, qələmi susanda açılır”?

- Bəli, bir zamanlar üzərində böyük həvəslə işlədiyi mətnlər var. Gündəliklərində nəşr edilməmiş heç nə qalmamalıdır. Çünki bu əsərləri mən indi işləməsəm yarımçıq qalacaq. Vaqif müəllimin öz sözləri ilə desək: “Nə qədər yazırsan yaz, nə qədər yaşayırsan yaşa, ömrün də, yaradıcılığın da yarımçıq qalacaq”.

- Sizə, əziz şairimiz Vaqif Səmədoğlunun “sevgilim” dediyi xanıma, müsahibə üçün vaxt tapdığınıza görə təşəkkür edirəm, Vurğun ocağının fədailərinə uğurlar arzulayıram.

Şairin özü demiş: “Poeziya dünyanın arzu tarixidir”. Biz bu tarixi oxumaq istəyirik və ruhumuza uyğun olanı yaddaşımızda saxlayırıq:

Sən son ümidin qaldırdığı

Ağ bayraqsan, Azadlıq...

Ruhu, canı ilə azadlığı sevən, xalqının istiqlalı yolunda mücadilə edən, son nəfəsinədək azadlıq aşiqi olan əziz şairimizi doğma Vətəni heç vaxt unutmayacaq. Özü dediyi kimi:

...Və bilirəm,

hardasa bizi deyib ağlayacaq

bu külək...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH

Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birinciliyə yekun vurulub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Mahir Tağızadə: Qəbələ festivalında musiqi, incəsənət və qışın sehri birlikdə yaşanır VİDEO

Albaniya Baş nazirinin müavini məhkəmə qərarı ilə vəzifədən uzaqlaşdırılıb

Yol polisi: Yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər

ABŞ BMT-yə üzvlük haqqını ödəyəcək

Enerji böhranına görə Kubada ciddi qənaət həyata keçirilir

“Axios”: Ağ Ev Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır

Yanvarda qlobal ərzaq qiymətləri dəyişib

Tramp: İranla çox yaxşı danışıqlar apardıq

Fransada müflis olan müəssisələrin sayı artıb

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Assosiasiya: 2026-cı ildə dünyada 1 milyard dollarlıq yarımkeçirici satılacaq

AEBA: Ukraynanın enerji şəbəkəsinə hücumların güclənməsi riskləri artırır

Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı əhalidən 4 mindən çox rəy daxil olub

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Macarıstanın MOL neft-qaz şirkəti yeni obyekti istismara verməyə hazırlaşır

Mahir Məmmədov: Növbəti il ölkə çempionatının mükafat fondunun artırılması nəzərdə tutulub

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Almaniyada sərvət vergisi büdcəyə 140 milyard avrodan çox gəlir gətirə bilər