İDMAN
ÖLKƏ BASKETBOL ÇEMPİONATININ OYUNLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində kişilər arasında ölkə basketbol çempionatının IV dövrəsinin üçüncü turunun görüşləri olmuşdur.
Nəticələr belədir: “Binəqədi bələdiyyəsi”-“Azəri”- 51:81, “Aztop”- “Qala”- 42:152. “Qərb Universiteti” komandası bu turda istirahət etmişdir. Hazırda turnir cədvəlində “Qala”nın 28, “Qərb Universiteti”nin 22, “Azəri”nin 21 xalı var.
Yeniyetmə oğlanlar arasında ölkə birinciliyinin IV dövrəsinin üçüncü turunun da oyunları keçirilmişdir. Nəticələr belədir: Qaradağ rayon UGİM-“Spartak” İC-72:63, “Renat” İK-Xətai rayon UGİM - 53:83, Sabunçu rayon UGİM - “Təhsil” RİM-36:69. Xətai rayon UGİM 31 xalla yarış cədvəlinə başçılıq edir. “Təhsil” RİM 30 xalla ikinci, Qaradağ rayon UGİM isə 28 xalla üçüncü yerdədir.
Hər iki çempionatda növbəti turun oyunları aprelin 1-2-də keçiriləcəkdir.