İDMAN
ÖLKƏ CÜDO BİRİNCİLİYİNDƏ İLK QALİBLƏR MÜƏYYƏNLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 9-da Maştağa Olimpiya İdman Kompleksində 1990-91-ci il təvəllüdlü yeniyetmələrin cüdo üzrə ölkə birinciliyi start götürmüşdür. Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 43 komandanın 385 idmançısı mübarizə aparır.
Yarışın ilk günündə qızlar arasında bütün, oğlanlar arasında isə iki çəki dərəcəsində qaliblər müəyyənləşmişdir.
Qızların mübarizəsində Ülkər Babayeva (36 kq), Svetlana Məmmədova (42 kq), Aysel Osmanlı (48 kq), Nazənin Məmmədova (52 kq), Kəmalə Hüseynova (57 kq), Ülkər Vahidli (63 kq), Rəbiyyə Qarayeva (70 kq) və Vəfa İbadova (70 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Oğlanlar arasında isə Nicat Həsənli (46 kq) və Vüqar Rüstəmli (66 kq) ölkə çempionu adını qazanmışlar.
Turnirə fevralın 11-də yekun vurulacaqdır.