OMBUDSMAN DÜNYAYA ÜÇ ÖVLAD GƏTİRMİŞ ANAYA BAŞ ÇƏKMİŞDİR
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 8 mart - Beynəlxalq Qadınlar günü ərəfəsində Pediatriya Elmi Tədqiqat İnstitutuna gedərək, dünyaya üç övlad gətirmiş anaya baş çəkmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, o, Vəfa Əkbərovanı təbrik etmiş, körpələrinə cansağlığı və səadət arzulamışdır.
Pediatriya İnstitutunun direktoru, professor N.Quliyev hər üç körpənin sağlamlıq durumu, müayinəsi və müalicəsi barədə məlumat vermiş, onların həkim nəzarəti altında olduğunu vurğulamışdır.
Ana və körpələr müasir standartlara uyğun ayrıca palatada yerləşdirilmişlər.