SİYASƏT
OMBUDSMAN FƏXRİ FƏRMANLA TƏLTİF OLUNMUŞDUR
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Alı Hərbi Dənizçilik Məktəbinin şəxsi heyəti ilə görüşmüşdur.
Görüşdə Elmira Süleymanova Konstitusiyamızda insan hüquqları üzrə təsbit olunmuş müddəalar barədə danışmış, Ombudsman institutu, onun tarixi və əsas prinsipləri, Azərbaycanda Ombudsman təsisatının yaranması, fəaliyyəti və gələcək planları haqqında məlumat vermişdir.
Tədbirin sonunda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Alı Hərbi Dənizçilik Məktəbinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.