İQTİSADİYYAT
OPEC: Azərbaycanın neft hasilatı azalacaq
Bakı, 11 iyul, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, may ayında Azərbaycanın xam neft hasilatı artaraq gündəlik 730 min barrel olub. Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı “Mərkəzi” və “Şərqi Azəri” platformaları vasitəsilə kondensat da daxil olmaqla ölkənin neft istehsalı çoxalaraq sutkalıq 810 min barrel təşkil edib.
Bu il Azərbaycanın neft hasilatının orta hesabla 10 min barrel azalaraq gündəlik 790 min barrelə düşəcəyi proqnozlaşdırılır.
OPEC Azərbaycanın neft istehsalının 2019-cu ildə isə orta hesabla 20 min barrel aşağı düşərək sutkada 770 barrelə olacağını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]