CƏMİYYƏT


Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayətlər törətməsi də müəyyən edilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Paytaxtda oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayətlər törətməsi də müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 17-nə keçən gecə rayon ərazisindəki 2 mağazadan ümumilikdə 22 ədəd mobil telefon oğurlaması, habelə 1 lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Binəqədi rayonu ərazisindəki 3 evdən 3 mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini İ.Rəşidov rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.