REGİONLAR


Oğuzda ümumi məhsul istehsalı 11,3 faiz artıb

Oğuzda ümumi məhsul istehsalı 11,3 faiz artıb

Oğuz, 9 fevral, Mustafa Dadaşov, AZƏRTAC

2022-ci ildə Oğuz rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 152 milyon 836 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Məhsul və xidmətlərin 74,8 faizi istehsal, 25,2 faizi isə xidmət sahələrinin payına düşüb. Ümumi məhsul istehsalı əvvəlki illə müqayisədə 15 milyon 545,7 faiz və ya 11,3 faiz artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında rayonda 30 milyon 84,6 min manatlıq sənaye, 59 milyon 431,1 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 24 milyon 833,4 min manatlıq tikinti işləri görülüb. Sənayedə məhsul istehsalı əvvəlki illə müqayisədə 9,4 faiz, aqrar sahədə isə 17,4 faiz artıb.

2022-ci ildə rayonda nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 3 milyon 240,4 min manat, informasiya və rabitə sahəsi üzrə 835,2 min manat, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 34 milyon 410,8 min manat həcmində məhsul buraxılıb və xidmətlər göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.