Oleq Kupçik: Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirilməsi Ermənistan rəhbərliyinin siyasi acizliyinə dəlalət edir

Kiyev, 16 oktyabr, AZƏRTAC
Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirilməsi Ermənistan rəhbərliyinin siyasi və hərbi acizliyinə dəlalət edir. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğurlu olması açıq-aşkar görünür.
Ukraynalı alim, tarix elmləri namizədi Olek Kupçik bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, Azərbaycan hərbçiləri işğal altında olan əraziləri “addım-addım” azad edir. O.Kupçik deyib: “Ermənistanın Rusiyanı döyüş əməliyyatlarına cəlb etmək cəhdləri baş tutmadı. Azərbaycan qoşunlarının irəliləmə dinamikası belədir ki, Dağlıq Qarabağın özünün də azad ediləcəyi gün uzaqda deyil”.
Ukraynalı alimin fikrincə, indiki vəziyyətdə Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ regionunda azərbaycanlıların və ermənilərin dinc yanaşı yaşaması barədə çox müsbət siyasi mövqe nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağda yaşayan ermənilərə müraciətində inandırıcı şəkildə deyib: “Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Onlar bilsinlər ki, Azərbaycan xalqı onların düşməni deyil. Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [21:20]
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
- 23.04.2025 [20:56]
YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib
- 23.04.2025 [18:46]