İDMAN
“Olimpiakos”–“Neftçi” matçını Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək
Bakı, 15 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Olimpiakos” (Yunanıstan) – “Neftçi” matçının hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, oyuna Portuqaliyadan olan hakimlər təyinat alıblar. Matçın baş hakimi Silva Pineyro Joao Pedro olacaq. Ona Pereyra Kosta Tiaqo Joze və Ferreyra Ribeyro Pedro Rikardo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fernandes Korreyra Qustavo yerinə yetirəcək.
“Olimpiakos”–“Neftçi” matçı iyulun 21-də Georgios Karaiskakis stadionunda təşkil olunacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 28-də Bakıda baş tutacaq. “Neftçi” turnirin birinci mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını mübarizədən kənarlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]
Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]