CƏMİYYƏT
Ölkə üzrə koronavirusa ən az yoluxma halı Naxçıvan Muxtar Respublikasında qeydə alınıb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.
AZƏRTAC koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 52,3 faizi paytaxtın payına düşür.
Bundan əlavə, həmin göstərici Aran rayonlarında 13,2, Abşeron rayonunda 12,9, Gəncə-Qazax bölgəsində 8,1, Şəki-Zaqatalada 3,2, Quba-Xaçmazda 3, Lənkəranda 2,9, Dağlıq Şirvanda 2,5, Yuxarı Qarabağda 1,4, Naxçıvan Muxtar Respublikasında 0,05 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,4 faizdir.