Ölkəmizdə həyata keçirilən gənclər siyasəti yeni mərhələyə qədəm qoyub
AzerTAg.az

İmişli, 1 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə 2 fevral – Gənclər Günü ilə bağlı “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda toplantı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantı Heydər Əliyev Mərkəzi binasında təşkil olunub. Tədbirdə rayon icra hakimiyyətinin, YAP İmişli rayon təşkilatının rəhbərliyi, hüquq mühafizə orqanları, idarə-müəssisə əməkdaşları və gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi sükutla anılıb. Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs videoçarxı izləyib. Çıxış edənlər bildiriblər ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti ölkə gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu əlamətdar gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Tədbirin sonunda bir qrup fəal gənc fəxri fərmanla təltif edilib.
Xəbərin mətnində orfoqrafik səhv var