İQTİSADİYYAT
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
Bakı, 18 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında ölkənin neft sektoruna 5 milyard 333,2 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 11 ayda neft sektorunda 30 milyard 818 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin neft sektorunda məhsul istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artıb. Bu sektorda istehsal olunmuş əlavə dəyər də 0,3 faiz çoxalıb.
Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda istehsal olunub. Noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 10,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 20,1 faiz ucuzlaşıb.
Bu il noyabrın 1-nə olan məlumata görə, iqtisadiyyatın neft sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-oktyabr aylarında neft sektorunda nominal əməkhaqqı 3 min 14,9 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]