CƏMİYYƏT


Onlayn bilik yarışının qalibləri mükafatlandırılıb

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) Vətən müharibəsi şəhidi, gizir Ziyad Muradovun xatirəsinə həsr edilmiş onlayn bilik yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışa aprelin 24-də onlayn formatda start verilib. Onlayn turnirdə hər birində 6 nəfər olmaqla 23 komanda (ümumi 138 nəfər) iştirak edib.

Bilik yarışının qaliblərinin mükafatlandırılma mərasimində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbirdə çıxış edərək şəhidimizin həyatı və döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat verib. Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ziyad Muradovun xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarənin şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə tədbirləri davam etdirəcəyini vurğulayıb.

Tədbirdə şəhidin atası və ailə üzvləri də iştirak ediblər. Şəhidin atası Muradxan Muradov tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Sonda qalib komandalara Baş İdarə tərəfindən mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.