REGİONLAR


Operativ məlumat: ölkə ərazisində bu günədək 120963,5 hektar ərazidə taxıl biçini aparılıb

Orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir

Bakı, 7 iyun, AZƏRTAC

Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 6777793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iyunun 7-nə olan operativ məlumata görə, ölkə ərazisində 120963,5 hektar ərazidə taxıl biçini aparılıb, 119001,5 hektar ərazidə arpa, 1962 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 351958,7 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.

Ən fəal biçin prosesi Aran rayonlarında və əsasən dəmyə əkilmiş ərazilərdə aparılır. Kürdəmir rayonunda 29926 hektar arpa sahəsinin 26937 hektarı artıq biçilib. Neftçalada 21590 hektar, Biləsuvarda 10360 hektar, Sabirabadda 6136 hektar, Cəlilabadda 3620 hektar, sahədə arpa biçini yekunlaşıb. Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.