DÜNYA
Osaka şəhərindəki yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və helikopter cəlb olunub
Tokio, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Yaponiyanın Osaka şəhərində yerləşən anbarda baş verən yanğını söndürməyə təqribən 60 yanğınsöndürən maşın və bir helikopter cəlb olunub.
AZƏRTAC Yaponiya KİV-inə istinadla xəbər verir ki, altı mərtəbəli anbarda baş verən yanğın təqribən 10 min kvadratmetr ərazini əhatə edib.
Yanğın zamanı binada təqribən 100 nəfərin olduğu və onların hamısının sağ-salamat təxliyə edildiyi qeyd olunur.
Hazırda polisin anbar ərazisində bu binadan istifadə edən şirkətlərin nümayəndələrinin olmasını araşdırdığı bildirilir. Yanğının isə anbar ərazisindəki boş karton qutulardan başladığı qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]