CƏMİYYƏT


Ötən dövrdə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 1720 gənc qəbul edilib

Bakı, 10 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə ötən dövrdə 1720, o cümlədən bu ilin 9 ayında 123 gənc qəbul olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisə sağlamlıq imkanları məhdud gənclərin sosial və peşə reabilitasiyasının təmin olunması, onların əmək bazarına inteqrasiyasının asanlaşdırılması məqsədilə fəaliyyət göstərir. Burada gənclərin kompüter istifadəçisi, dərzilik, bərbərlik, ağac üzərində oyma, toxuculuq, rəssamlıq, xalçaçılıq, aşpaz köməkçisi, montajçı-operator və s. üzrə peşə hazırlığı təmin edilir.

Peşə təlimində olduqları müddətdə gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir.

Hazırda Peşə Reabilitasiya Mərkəzində 100-ə yaxın gənc peşə təlimindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.