İQTİSADİYYAT
Ötən il neft-qaz sektoruna 5,4 milyard manat yönəldilib
Bakı, 23 yanvar, AZƏRTAC
Keçən il ölkənin neft-qaz sektoruna 5 milyard 489,5 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində neft-qaz sektorunda 31 milyard 289,2 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilə nisbətən 0,2 faiz artıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,4 faiz çoxalıb. Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda istehsal edilib.
Ötən ay sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,1 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,6 faiz olub.
Dekabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 35,1 min nəfər çalışıb. Yanvar-noyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3059 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]