MƏDƏNİYYƏT


“Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlanılıb

Bakı, 22 yanvar, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Kitab Bağışlama Günü ilə əlaqədar yanvarın 21-dən fevralın 11-dək “Oxunan hər kitab nurlu sabahdır” adlı kitabbağışlama aksiyasına başlayıb.

AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd erməni terroruna məruz qalmış Gəncə, Bərdə, Tərtər rayonlarında yaşayan uşaq və yeniyetmələrə kitab töhfəsi etmək, gənc nəslə kitab oxumaq vərdişini aşılamaq, mütaliyəyə həvəs oyatmaq və hədiyyə qismində məhz kitabın seçilməsi ənənəsini təbliğ etməkdir.

Ətraflı məlumat əldə etmək və aksiyaya qoşulmaq üçün İ[email protected], [email protected][email protected] elektron poçt ünvanlarından birinə müraciət etmək və ya (+99412) 5970879 nömrəsinə zəng vuraraq əlaqə saxlamaq olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.