DÜNYA
Özbək mənşəli Rusiya milyarderi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb
Daşkənd, 1 aprel, АZƏRTAC
Özbək mənşəli Rusiya milyarderi, “USM Holdings”in sahibi Əlişir Usmanov Özbəkistanda koronavirusla mübarizəyə 20 milyon dollar ayırıb.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, vəsait Daşkənd vilayətinin Zəngiata rayonunda koronavirusa yoluxanların müalicə ediləcəyi xəstəxananın tikintisinə yönəldiləcək.
Bildirilir ki, xəstəxana ən müasir səhiyyə avadanlığı ilə təchiz olunacaq.
Özbək mətbuatı, həmçinin məlumat verir ki, Əlişir Usmanov koronavirusla bağlı Daşkənddəki evində özünü təcrid edib, heç kimlə, hətta doğma və əzizləri ilə də görüşmür.
Xatırladırıq ki, Əlişir Usmanov Özbəkistanın Namanqan vilayətinin Çust rayonunda anadan olub, Rusiyanın və Böyük Britaniyanın ən zəngin iş adamlarından biridir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]