DÜNYA


Özbəkistan UNESCO-nun mədəni özünüifadə Konvensiyasının üzvü seçilib

Daşkənd, 17 fevral, AZƏRTAC

Özbəkistan UNESCO-nun mədəni özünüifadənin müxtəlif formalarının mühafizəsi və təşviqi Konvensiyasının üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, Konvensiya 2005-ci il oktyabrın 20-də Parisdə imzalanıb və 2007-ci il martın 18-də qüvvəyə minib. Bu vaxta qədər 148 ölkə bu Konvensiyanı paraflayıb.

Konvensiyanın əsas vəzifəsi müxtəlif özünüifadə formalarını müdafiə və təşviq etmək, azad ünsiyyəti və beynəlxalq əməkdaşlığı möhkəmləndirərək müxtəlif mədəniyyətləri inkişaf etdirmək üçün şərait yaratmaqdır.

Özbəkistan Konvensiyanın əsas müddəalarını həyata keçirmək üçün mühüm addımlar atır. “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı, Makom Sənəti Forumu, Baxşı Sənəti Beynəlxalq Festivalı, Caz Festivalının keçirilməsi buna nümunədir. Keçən il isə Respublika Baxşı sənəti Mərkəzinin, onun yanında Baxşı sənəti İnkişaf Fondunun, Makom sənəti Məktəblərinin yaradılması qərara alınıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.