SİYASƏT


Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Bakı, 5 avqust, AZƏRTAC

Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu pisləyən bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatda Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinin avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pislədiyi bildirilib.

“Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bu işdə əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsinə çağırırıq.

Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - deyə bəyanatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.