SİYASƏT
Özbəkistan XİN İranda səfirliyimizə qarşı törədilmiş terror hücumunu qəti şəkildə pisləyib
Bakı, 27 yanvar, AZƏRTAC
Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramova zəng edib.
AZƏRTAC xəbər verir ki, Baxtiyor Saidov baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.
Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.