CƏMİYYƏT
Özbəkistan portalı bu ölkənin Türk Şurasına üzv olması qərarı ilə bağlı Azərbaycan XİN-in bəyanatını yayıb
Daşkənd, 17 sentyabr, АZƏRTAC
Özbəkistanın tnews.uz portalı bu ölkənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması qərarı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın Özbəkistanın Türk Şurasının tamhüquqlu üzvü olması ilə bağlı qərarını alqışladığı bildirilir. Özbəkistan tərəfindən Naxçıvan Sazişinin ratifikasiyasının tamamlanmasının türkdilli dövlətlərin həmrəyliyinin möhkəmləndirilməsində növbəti əlamətdar hadisə olduğu vurğulanır. Qeyd olunur ki, Özbəkistanın Türk Şurasına üzv olmasının Naxçıvan Sazişinin imzalanmasının 10 illiyinə təsadüf etməsi də Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:11]
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
- 26.04.2024 [14:05]
Ölkə ərazisində sabit hava şəraiti davam edəcək
- 26.04.2024 [14:02]
“Bilim hər yerdə” layihəsi Laçında
- 26.04.2024 [13:47]
“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib
- 26.04.2024 [13:12]