DÜNYA


Özbəkistanda koronavirusla əlaqədar nəqliyyatın hərəkəti üçgünlük tam dayandırılıb

Daşkənd, 31 iyul, АZƏRTAC

Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində iyulun 31-də, avqustun 1-2-də ölkədə bütün nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb. Yalnız təcili tibbi yardım maşınlarının və xüsusi icazəsi olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.

AZƏRTAC Özbəkistanın Koronavirusla Mübarizə üzrə Xüsusi Respublika Komissiyasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxma hallarının və ölənlərin sayının artması ilə əlaqədar artıq üçüncü həftədir ki, şənbə və bazar günləri üçün belə qərar qəbul edilir.

Xatırladaq ki, avqustun 15-dək ölkədə karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib, toy və ailə şənliklərinin təşkili qadağandır.

Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 686 nəfər artaraq 23 min 558 nəfər olub.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, Baş Nazirinin müavini Utkam Boronov və Buxara vilayətinin hakimi Karim Kamolov da koronavirusa yoluxublar. Onlar hazırda müalicə alırlar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.