MƏDƏNİYYƏT
Özbəkistanın UzA Milli İnformasiya Agentliyində Azərbaycan haqqında videoreportaj yerləşdirilib
Daşkənd, 2 aprel, АZƏRTAC
Özbəkistanın UzA Milli İnformasiya Agentliyi öz səhifəsində Azərbaycan haqqında videoreportaj yerləşdirib.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu təşkil olunub, onlar Bakını və regionlarımızı gəzib, materiallar hazırlayıblar.
Onların arasında olan jurnalist Nazira Boymuradova Novruz günlərində Bakının mərkəzində çəkilişlər aparıb, özbək və Azərbaycan xalqlarının əbədi dostluğu, tarixi, müştərək mədəniyyəti, bugünkü əlaqələri haqqında məlumat verib.
Jurnalist sakinlərlə birgə Azərbaycan mahnıları oxuyub, qutab bişirilməsi prosesində iştirak edib.
Videomaterialı bu linkdən izləmək olar: http://uza.uz
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd