MƏDƏNİYYƏT
Özbəkistanın kultura.uz portalı Bakıdakı “Nəsimi və özbək ədəbiyyatı” konfransından yazıb
Daşkənd, 9 aprel, AZƏRTAC
Özbəkistanın kultura.uz portalı Bakıda keçirilən “Nəsimi və özbək ədəbiyyatı” konfransı haqqında rus dilində məqalə verib.
AZƏRTAC xəbər verir ki, məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə bu yaxınlarda bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.
Bildirilir ki, İmadəddin Nəsiminin 650 illik yubileyi və ölkəmizdə “Nəsimi ili” elan olunması ilə bağlı keçirilən konfransda AMM-in layihəsi ilə şairin özbək dilində çap olunan “Cananı sevərmən” adlı kitabının təqdimatı da baş tutub.
Tədbirdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı, yaradıcılığı, yaşadığı dövr haqqında məlumat verilir, Azərbaycan və türk dünyasının ədəbiyyatındakı yeri haqqında söhbət açılır.
Yazıda qeyd olunur ki, sonra özbək jurnalistlərinə diplomlar təqdim olunur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd