SİYASƏT
PƏHLƏVANLARIMIZ AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Kiyevdə sərbəst güləş üzrə beynəlxalq turnir başa çatmışdır. 12 ölkədən 100-dən artıq idmançının iştirak etdiyi turnirdə güləşçimiz Rövşən Cavadov 66 kiloqramadək çəki dərəcəsində üçüncü yerə çıxmışdır.
Məşqçilərimiz həmin yarışı bu ilin yazında keçiriləcək Avropa çempionatına hazırlıq mərhələsi hesab edirlər.