ELM VƏ TƏHSİL
PEŞƏ HAZIRLIĞI MƏRKƏZİNİ BİTİRƏNLƏRƏ SERTİFİKATLAR VERİLMİŞDİR
Gəncədəki “Qızıl əllər” Məhdud Məsuliyyətli Cəmiyyətin peşə hazırlığı mərkəzində dülgər, qaynaqçı və digər peşələr üzrə kursları bitirən məzunlara sertifikatlar verilmişdir. Almaniya Xalq Universitetinin maliyyə dəstəyi ilə təşkil olunmuş kursları 40 nəfər gənc bitirmişdir. Cəmiyyətin sədri Zemfira Ağayeva AZƏRTAC-ın müxbirinə demişdir ki, kursu bitirənlər üçün iş yeri problemi də həll edilmişdir. Belə ki, kurslar təşkil edilərkən müxtəlif müəssisələrdən sifarişlər qəbul edilmişdir ki, bu da gənclərin işlə təminatını qaydaya salmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]