İDMAN


PORTUQALİYALILAR QALİB GƏLSƏLƏR 7 MİLYON AVRO ALACAQLAR

AZƏRTAC xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının yaydığı məlumata görə, ölkə yığması 2004-cü ilin Avropa çempionatında qalib gəlsə, federasiya ona 7 milyon avro (8,3 milyon dollar) ödəyəcəkdir. Bu o deməkdir ki, yığma komandanın hər bir üzvü 200 min avro alacaq, qalan pullar isə baş məşqçi Luis Felipe Skorali ilə kollektivin digər üzvləri arasında bölüşdürüləcəkdir.

Xatırladaq ki, portuqaliyalılar çempionatda Rusiya, Yunanıstan və İspaniya komandaları ilə bir qrupda çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.