QAN YADDAŞI


Pakistan Qəzetləri Cəmiyyəti Xocalı soyqırımının ildönümünə həsr olunan infoqrafikalar yayıb

İslamabad, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümünün anılması və faciənin dəhşətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti (All Pakistan Newspapers Society - APNS) tərəfindən ingilis və urdu dillərində hazırlanan infoqrafikalar ölkənin bir çox kütləvi informasiya vasitələrində dərc edilib.

AZƏRTAC xəbər verir ki, infoqrafikalarda Xocalı soyqırımından 29 il keçdiyi qeyd olunub. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalıya daxil olduğu, şəhəri yerlə-yeksan etdiyi və əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı işğal etdikləri bildirilib. İnfoqrafikalarda Xocalı faciəsi zamanı qətlə yetirilən, yaralanan, əsir götürülən insanların, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlara da yer verilib. Eyni zamanda, Xocalı soyqırımını törədənlərin ədalət qarşısına çıxarılması tələbi vurğulanıb.

Xatırladaq ki, Bütün Pakistan Qəzetləri Cəmiyyəti (APNS) özündə “Jang”, “Dawn”, “Nawa-i-Waqt” kimi nəhəng informasiya agentlikləri və qəzetlər də daxil olmaqla, Pakistanın 170-ə yaxın nəşriyyat evi və şirkətini birləşdirir. Bu infoqrafikalar APNS-ə üzv olan əksər qəzetlərdə yayılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.