SİYASƏT


Pakistanın Baş Naziri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana dəstəyini bildirib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Pakistan İslam Respublikasının Baş Naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Azərbaycana dəstəyini ifadə edib.

AZƏRTAC xəbər verir ki, Baş Nazir paylaşımda bildirib: “Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramımızı bildiririk. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəkləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.