SİYASƏT


Pakistanlı ekspert: Prezident İlham Əliyev müdrik dövlət xadimidir

Bakı, 29, sentyabr, AZƏRTAC

Pakistanın Ortaq Gələcəyə malik Cəmiyyət naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm “Prezident İlham Əliyev – müdrik dövlət xadimi” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqilliyini qazanan Azərbaycanın son illər çox sürətlə inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, müstəqilliyini yenicə bərpa etmiş dövlət hər ötən il daha da irəliləyərək özünün düzgün müəyyənləşdirilmiş iqtisadi kursu və xarici siyasət prioritetləri sayəsində uzun inkişaf yolu keçib. Bu inkişaf yolu məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət nəticəsində baş verib.

Pakistanlı ekspert qeyd edib ki, həmin uzaqgörən və müdrik siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan daha geniş beynəlxalq dəstək əldə etmək üçün digər ölkələrlə regional əməkdaşlıq və sosial-iqtisadi inkişafa dair çoxtərəfli sazişlər imzalayıb. Azərbaycanın son bir neçə onillikdə əldə etdiyi nailiyyətlərin və inkişafın əsas hərəkətverici qüvvəsi məhz Prezident İlham Əliyevin gələcəyə hesablanmış baxışlarıdır.

“Prezident İlham Əliyev təkcə Cənubi Qafqaz regionunda deyil, dünyada ən güclü və nüfuzlu liderlərdən biridir. Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq nəhəng layihələr həyata keçirməklə Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafına təkan verib. Məhz onun səmərəli siyasəti və uzaqgörən təşəbbüsləri sayəsində ölkə işğal altında olan torpaqlarını azad edib”, - deyə müəllif vurğulayıb.

Pakistanlı ekspert onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülhün əsas carçısına çevrilib. COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təkcə daxildə deyil, hətta ölkə xaricində də böyük səylər, müxtəlif ölkələrə maliyyə və tibbi yardım göstərib.

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha böyük tərəqqiyə, işıqlı gələcəyə doğru inamla irəliləyir. Açıqlıq, inklüzivlik və qarşılıqlı anlaşma Azərbaycanın xarici siyasətini səciyyələndirən xarakterik xüsusiyyətləridir. Qarşılıqlı fəaliyyət və əməkdaşlıq müdrik dövlət xadimi Prezident İlham Əliyevin təşviq etdiyi ümumi tendensiyalardır. Onun Azərbaycana uğurlu rəhbərliyi sayəsində Cənubi Qafqaz regionu gələcəkdə daha da inkişaf edəcək və sosial-iqtisadi tərəqqiyə nail olacaq”, - deyə Xalid Teymur Əkrəm vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.