DÜNYA
Parisdə nəqliyyat işçilərinin tətili dekabrın 9-dək davam edəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Fransanın paytaxtı Parisdə nəqliyyat işçilərinin dekabrın 5-də başlayan tətili dekabrın 9-na qədər davam edəcək.
AZƏRTAC BFMTV telekanalına istinadla xəbər verir ki, bu barədə Parisin ictimai nəqliyyat kompaniyası məlumat yayıb. Beləliklə, paytaxtda yaxın günlərdə nəqliyyat sahəsində problemlər davam edəcək.
Qeyd edək ki, dekabrın 5-də Fransada son dövrlərin ən iri ümummilli tətili başlayıb. Pensiya islahatlarına qarşı yönələn tətillər ictimai nəqliyyatın işində problemlərə səbəb olub. Paris metrosunun 11 xəttində qatarlar işləməyib, üç xəttə isə hərəkət məhdudlaşdırılıb.
Şəhərkənarı elektrik qatarlarının fəaliyyətində də problemlər yaranıb. Həmçinin Fransa paytaxtında avtobus və tramvayların yalnız 30 faizi marşruta çıxıb. Bu gün səhər saatlarında İl-de-Frans paytaxt regionunda tıxacların uzunluğu 550 kilometri ötüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]