DÜNYA


Parisin 11-ci rayonunda silahlı hücum olub VİDEO

Paris, 25 sentyabr, AZƏRTAC

Parisin 11-ci rayonunda “Charlie Hebdo” satirik jurnalının keçmiş binası qarşısında silahlı hücum olub.

AZƏRTAC xəbər verir ki, polis soyuq silahla törədilən hadisə nəticəsində jurnalın iki əməkdaşının - kişi və qadının xəsarət aldığını bildirib.

Silahlı hücumla bağlı Paris prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb və təhqiqat aparılır. Hücumda şübhəli bilinən şəxslər saxlanılıblar.

“Charlie Hebdo” jurnalının binasında aşkarlanan şübhəli bağlama laboratoriyaya göndərilib.

Parisdə ehtiyat tədbirlər çərçivəsində minlərlə şagird məktəblərdə saxlanılıb. Valideynlər övladlarının təhlükəsiz yerdə olduqları barədə məlumatlandırılıb və onlara narahatçılıq üçün əsas olmadığı bildirilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.