DÜNYA


Pavel Filipin Baş Naziri olduğu Moldova hökuməti istefa verib

Kişineu, 14 iyun, AZƏRTAC

Pavel Filipin Baş Naziri olduğu Moldova hökuməti istefa verib. Ölkənin Demokratiya Partiyası yeni Baş Nazir Mayya Sandunun xeyrinə bu cür qərar çıxarıb .

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Kişineuda keçirdiyi brifinqdə partiyanın sədrinin müavini Vladimir Çebortar məlumat verib. “Biz ölkəni təhlükədən xilas etmək üçün hökumətdən imtina etdik. Yaxın saatlarda Pavel Filip hökumətin rəsmən istefasını açıqlayacaq”,- deyə Çebortar bildirib.

Artıq bir həftədir Moldovada siyasi gərginlik hökm sürür. Moldova Konstitusiya Məhkəməsi parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək üçün ölkə Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrasının Baş Nazir Pavel Filipə həvalə olunması barədə qərar verib. Bununla da İqor Dodonun prezidentlik səlahiyyətləri dondurulub.

Konstitusiya Məhkəməsi parlamentin yeni Baş Nazirin və spikerin təyin olunmasına dair qərarlarını da ləğv edib.

Moldovada növbədənkənar parlament seçkiləri sentyabrın 6-da keçiriləcək. Bu barədə Prezidentin səlahiyyətlərini icra edən Baş Nazir əvəzi Pavel Filip fərman imzalayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.