İQTİSADİYYAT
Paytaxtın bəzi ərazilərində piyada zolaqlarının rənglənməsinə başlanılıb VİDEO
Bakı, 3 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlaması ilə əlaqədar Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə mövcud və rəngi solmuş piyada zolaqlarının yenidən rənglənməsi işlərinə başlanılıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rənglənmə işləri əsasən təhsil müəssisələrinin qarşısında və ətrafında olan yollarda həyata keçirilir. Paralel olaraq zəruri yerlərdə yeni piyada zolaqlarının çəkilişi işləri də aparılır. Həmçinin paytaxtın bir neçə ünvanında da analoji işlər həyata keçirilir.
Bu tədbirlər yeni tədris ilinin başlanmasına qədər yekunlaşdırılacaq. Digər ərazilərdə də rənglənmə işlərinin aparılması nəzərdə tutulub.