ELM VƏ TƏHSİL
Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti AMEA-nın Ədəbiyyat İnstitutunda
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Pekin Xarici Dillər Universitetinin (PXDU) nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub.
AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasındakı elmi əlaqələrin əhəmiyyətini vurğulayıb.
Ədəbiyyat İnstitutunun, həmçinin burada yaradılan Çin Mədəniyyət Mərkəzinin fəaliyyəti, aparılan elmi araşdırmalar barədə məlumat verən akademik İ.Həbibbəyli ölkələrimizin ədəbi əlaqələrinin inkişaf mərhələlərindən danışıb. Qeyd olunub ki, institutun Çin Mədəniyyət Mərkəzində Çin dili kursu təşkil edilib.
Çin nümayəndə heyətinin rəhbəri, PXDU-nun rektoru, professor Pen Lon birgə elmi araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.
Sonra nümayəndə heyəti institutun Çin Mədəniyyət Mərkəzi ilə tanış olub.