DÜNYA
Pentaqonun baş qərargah rəisi istefa verib
Bakı, 7 yanvar, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi Kevin Svini istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yerləşdirilib. “Pentaqonda iki il çalışdıqdan sonra düşünürəm ki, artıq özəl sektora keçmək vaxtıdır. Müdafiə Nazirliyində qulluq etmək mənim üçün şərəfdir”, - deyə K.Svini bəyan edib.
ABŞ-ın müdafiə naziri Patrik Şanahan K.Svininin dövlətə sədaqətlə qulluq etməsinin təqdirəlayiq olduğunu deyib: “Mən Kevin Svininin istər 30 il hərbi dəniz qüvvələrində, istərsə də son iki ildə Müdafiə Nazirliyində xalqımız üçün gördüyü işləri yüksək qiymətləndirirəm”.
Qeyd edək ki, K.Svini son günlərdə istefa verən üçüncü Pentaqon rəsmisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]