DÜNYA
Pentaqonun rəhbəri İraqa elan olunmamış səfər edib
Bakı, 12 fevral, AZƏRTAC
Pentaqon rəhbərinin vəzifələrini icra edən Patrik Şanahan fevralın 12-də İraqa elan olunmamış səfər edib. AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, səfərin gedişində onun İraqın Baş naziri Adil Əbdül-Mehdi və digər rəsmi şəxslərlə görüşü planlaşdırılıb.
ABŞ-ın Dövlət Departamenti öz növbəsində Patrik Şanahanın Birləşmiş Ştatların hərbi kontingentinin Suriyadan çıxarılması məsələsini müzakirə etmək üçün İraqdakı amerikalı komandirlərlə görüşəcəyini bildirib.
Bundan öncə isə Pentaqonun rəhbəri Əfqanıstana gedərək Prezident Əşrəf Qəni ilə terrora qarşı mübarizə aparılmasını, ölkədə sülh prosesini və ABŞ-ın Cənubi Asiya üzrə strategiyasını müzakirə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]